Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlyas İsmayılov oğlunun nə üstündə öldürüldüyün açıqladı

Bu barədə danışmaq mənim üçün çox ağırdır... Bir ata kimi mənə böyük zərbə oldu. Şok vəziyyətindəyəm. Mənə başsağlığı verən hər kəsə, dərdimə, kədərimə şərik olan hər bir insana təşəkkürümü bildirirəm.

Mynews.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında ötən gecə Türkiyədə qətlə yetirilən iş adamı Etimad İsmayılovun atası, Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

“Cənazəsi hələlik gətirilməyib, bu baxımdan, dəfn mərasiminin nə vaxt olacağını tam dəqiq deyə bilmirik”, - deyə o bildirib.

Oğlunun qətlinin səbəblərindən danışan İ.İsmayılov qeyd edib ki, mübahisə borc pul üstündə baş verib.

“Oğlum iş adamı idi. Qatilin ona borcu olub, hər şey buna görə baş verib”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...