Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qızı “Snapchat”ın canlı efirində zorladılar

Fransanın cənubunda 19 yaşlı yerli sakinin zorlanması ilə bağlı polis araşdırmalara başlayıb. İlkin məlumatlara görə, cinayətkarlar zorlamanı “Snapchat”da canlı yayımlayıblar. 

Mynews.az xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb. 

Fransız polis nümayəndəsinin sözlərinə görə, hadisə Tuluza şəhərində, axşam saatlarında baş verib. 25-30 yaşlarında olan dörd kişi gecə klubunun dayanacağı yaxınlığında qıza hücum ediblər. 

Onlar cinsi zorakılığı sosial şəbəkədə canlı yayımlayıblar. Şikayətlərdən sonra video blok olunub. 

Hüquq-mühafizə orqanları cinayətkarların tutulması üçün əməliyyata başlayıb. (oxu.az)

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...