Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əri öldürülən Sevil Nuriyeva: "Danışacaq durumda deyiləm"

Xəbər verildiyi kimi, azərbaycanlı iş adamı Etimad İsmayılov bu gecə Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib.

Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış telejurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

Mynews.az xəbər verir ki, teleqraf.com baş vermiş faciə ilə bağlı Sevil Nuriyeva ilə əlaqə saxlayıb.

Telefon zəngimizə ağlayaraq cavab verən Sevil Nuriyeva hazırda danışacaq durumda olmadığını və baş vermiş hadisə ilə bağlı mediaya sonra açıqlama verəcəyini bildirdi.

Qeyd edək ki, Etimad İsmayılov həmvətəni Gözəl Dəmirov tərəfindən odlu silahla qətlə yetirilib. G.Dəmirov saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...