Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağdaşda xəstəliyinə dözə bilməyən kişi intihar etdi

Ağdaş rayonunda xəstəliyinə dözə bilməyən kişi özünü öldürüb.

Mynews.az  “Report”a istinadən xəbər verir ki, hadisə rayonon Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1956-ci il tarixli Nizami Niyazi oğlu Cavadov bu gün yaşadığı evin qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməkliyilə yanğın söndürülərək dərhal Ağdaş Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq N.Cavadovun həyatını xilas etmək mümkün olmayıb. Yerli sakinlərin sözlərinə görə N.Cavadov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, bir ay öncə N.Cvadovun qardaşı da intihar edərək özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...