Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda maşın nənə və nəvəsini vurdu - Qadın öldü

Sumqayıt şəhərində yük avtomobili qadın piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, hadisə sentyabrın 19-da saat 11 radələrində şəhərin 43-cü məhəlləsinin ərazisində qeydə alınıb.

Belə ki, Simqayıt şəhər sakini Fariz Xəlilov idarə etdiyi "Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...