Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cəlilabadda dəhşət - Qonşuya talvar tikən usta yıxılıb öldü

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Mynews.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

Kənd sakini, 1959-cu il təvəllüdlü Xanəliyev Çingiz Qabil oğlu həmkəndlisi Nəhmətov Famil Əşrəf oğluna məxsus evin talvarına şifer vurarkən ehtiyatsızlıqdan 6 metr hündürlükdən yıxılıb. Ç.Xanəliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...