Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda piyadanı vurub öldürən sürücüyə 6 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Elmir Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mynews.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Mehdiyev 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

İttihama görə, E.Mehdiyev sürücülük vəsiqəsi olmadan Bakıda avtomobil idarə edərkən 80 yaşlı kişini vurub öldürüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...