Çobanların it üstündə düşən qanlı savaşı - MƏHKƏMƏDƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Natiq Bünyatovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Mynews.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən N.Bünyatov özünü qismən təqsirli bilib. O, sərbəst ifadə verərək deyib ki, qətlə yetirdiyi Zaur Hacıyev onu dəfələrlə təhqir edib:
“Heç bir səbəb olmadan məni hadisə günü dəfələrlə təhqir edib. Evimə gəlib, çölə çağırdı, söydü. Mən də evdən ov tüfəngini götürüb, onu öldürdüm. Silahı isə tanımadığım şəxsdən almışdım. Onu öldürmək istəmirdim, məqsədim qorxutmaq idi”.
Təqsirləndirilən şəxs Z. Hacıyev tərəfindən təhqir edilməsini səbəbini açıqlamayıb.
Sonra şahidlər ifadə verib.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayında Şamaxıda qətl hadisəsi baş verib. Hadisə rayonun Acıdərə qəsəbəsi ərazisindəki fermada qeydə alınıb. Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyatov Natiq Şirinbala oğlu rayon sakini Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə nəticəsində N.Bünyatov odlu silahla Z.Hacıyevi güllələyib. Çox keçmədən baş verən silahlı insidentin təfərrüatı məlum olub. Qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Bunyatovun itini öldürüb. Bunu görən N.Bünyatov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Bünyatov Zaura ov tüfəngindən yeddi dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.
N.Bünyatov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 958 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 929 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 919 dəfə oxunub