Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DTX və DİN-dən birgə əməliyyat

Sentyabrın 22-də Astara Rayon Polis Şöbəsinin və DTX-nın rayon şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus “Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

DİN-dən Mynews.az-a verilən xəbərə görə, davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...