Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İki piyada yol qəzasında ölüb

Sentyabrın 24-də saat 1 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Samir Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Seymur Səfərovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

DİN-dən Mynews.az-a verilən xəbərə görə, sentyabrın 23-də saat 19 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini Vasif Məmmədəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Faktlarla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...