Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ağır qəza: ölən var

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, hadisə sentyabrın 26-da saat 9 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini Fariz Muradov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış Şaban İsayevə məxsus “Ford” markalı avtomobilə vurub. 

Nəticədə F.Muradov və sərnişinləri - Ağcabədi rayon sakini Sahib Əliyevvə Şirvan şəhər sakini Elxan Novruzov xəstəxanaya yerləşdirilib, S.Əliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...