Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yevlaxda maşın piyadanı vurub öldürdü

Yevlax şəhəri ərazisində “KİA” markalı avtomobillə piyadanın vurulması hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, sentyabrın 27-də, saat 11:00 radələrində Yevlax şəhəri ərazisində Mingəçevir şəhər sakini Elvin İbrahimov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini Baloğlan Həşimovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...