Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nağılbazın atasının səhhətində problem yarandı - İki xəstəliklə üz-üzədir - VİDEO

Mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyevin səhhətində problem yaranıb. 

Mynews.az xəbər verir ki, bu haqda aparıcı Zaur Baxşəliyev "BizimləSən" verilişində məlumat verib. 

R. Cəbiyevi studiyaya dəvət edən Z. Baxşəliyev etiraf edib ki, mərhum reperin atası verilişə onun təkidi ilə gəlib:

"Mən Rizvan bəydən rica etdim. O gəlmirdi. Dönə-dönə xahiş etdim ki, zobunla, uroloji problemlərinlə bağlı doktorum var. Bu gün Rizvan müəllim Anarın yoxluğunu hiss etməsin deyə, biz onun yanındayıq".

Rizvan Cəbiyev öz növbəsində Zaur Baxşəliyevə təşəkkürünü bildirib:

"Allah sizə ömür versin. Siz insanlara ümid verirsiniz. Dünyada ümidi itirmək ən dəhşətli şeydir". 

Xatırladaq ki, keçmiş deputat Rizvan Cəbiyevin oğlu reper Anar Nağılbaz bu ilin avqustunda vəfat edib. //BAKU.WS 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...