Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub - VİDEO - FOTOLAR

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mynews.az bildirir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan "10-TH-113" dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən "90-DN-376" dövlət qeydiyyat nişanlı "Mercedes"lə toqquşub.

Nəticədə "Mercedes"də olan 1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb.

Hadisədən dərhal sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılan M.Sarıyevə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...