Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı qadınla evləndirmək adı ilə 5 min manatını aldılar

Türkiyənin Bolu şəhərində yaşayan şəxsi Azərbaycan əsilli qadınla evləndirmə vədi ilə 18 min türk lirəsini (təxminən 5 min manat) alıblar.

Mynews.az xəbər verir ki, Şərafəddin Çevik adlı şəxs Ağır Cinayətlər üzrə Məhkəməyə müraciət edib

Onun sözlərinə görə, Mətin Xəbərçi adlı şəxs Azərbaycan əsilli Mərvə adlı qadınla tanış edib. Bir müddət sonra cütlük evlənməyə qərar verib. Ancaq qadının Türkiyədə yaşamaq icazəsi olmayıb. Ş.Çevik qadınla evlənməklərinə yeganə mane olan yaşamaq icazəsinin alınması üçün onları tanış edən M.Xəbərçiyə 18 min türk lirəsi verib. Bir müddət keçəndən sonra isə Ş.Çevik nə M.Xəbərçidən, nə də qadından xəbər ala bilib.

Bu barədə polisə şikayət edib. Onun şikayətindən sonra cinayət işi açılıb. M,Xəbərçi isə ona qarşı irəli sürülən ittihamı rədd edib. Ş.Çeviyin ona maşını təmir etmək üçün pul verdiyini deyib. (publika.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...