Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nişanlı qız toyuna üç gün qalmış intihar etdi - TƏFƏRRÜAT

Şəkidə nişanlı qızın intihar etməsi ilə bağlı bəzi detallar məlum olub.

Mynews-ın məlumatına görə, Şəkinin Aşağı Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əfqan Əliyev Oxu.Az-a bildirib ki, üç gün sonra 1997-ci il təvəllüdlü Sitarə Mirzəyevanın toyu olacaqmış:

“Qızın anası ilə nişanlısının ailəsi qohumdurlar. Aralarında heç bir problem yaşanmayıb. Sitarəgil ailədə dörd uşaqdırlar. İki bacısı ailəlidir. Üç gün sonra Sitarənin toyu olacaqdı. O, həyətdə özünü asıb. Niyə intihar etdiyi bilinmir”.

Əfqan Əliyev qeyd edib ki, qız sakit ailədə böyüyüb:

“Atası təsərrüfatla məşğuldur. Anası müəllimdir. Sitarə isə tibb kollecini bitirib. 21 yaşlı qızın belə bir addım atması hər kəsi təəccübləndirir”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...