Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ağır qəza: şirkət maşını iki yerə bölündü - VİDEO

Bir neçə dəqiqə öncə paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Mynews.az xəbər verir ki, hadisə zamanı özəl şirkətlərdən birinə məxsus yük avtomobili yolda üzərində radar aparatı yerləşdirilmiş dəmir konstruksiyaya çırpılıb. 

Qəzadan sonra avtomobil iki yerə bölünüb və maşında olan yüklər yol kənarına dağılıb. Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur. 

Qəza nəticəsində avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...