Azərbaycanlı taksidə 10 min dollarını unutdu - VİDEO
İstanbulda istifadə etdiyi taksidə cibində 10 min dollar olan pencəyini unudan azərbaycanlı iş adamının pulları geri qaytarılıb.
Mynews.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə Yenibosnada baş verib.
40 yaşlı Tahir Məmmədov taksidən enərkən pencəyini götürməyi unudub. Bir müddət sonra vəziyyəti anlayan Məmmədov taksi sürücüsünün telefon nömrəsini tapıb və onunla əlaqə saxlayıb.
Sürücü Yaqub Bayıroğlu pulları sahibinə qaytarıb.
“Avtomobildən düşən zaman pencəyini unudub. Düşdükdən 3-4 dəqiqə sonra mənə zəng etdi. Görüşüb, pulunu qaytardım”, - sürücü deyib.
Tahir Məmmədov isə sürücüyə bu addımına görə təşəkkür edib:
“Yaquba təşəkkür edirəm. Azərbaycandan gəlmişəm. Biz, əslində, bir millət, iki dövlətik. İstanbulda belə bir şeyin başıma gələcəyini bilməzdim. Ticarət işi ilə bağlı pulu yanımda götürmüşdüm. Allah ondan razı olsun. Məni çox sevindirdi”.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 569 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 558 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 555 dəfə oxunub