Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tələbələr dönərdən zəhərləndi

Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub.

Mynews.az Report-a istinadən xəbər verir ki, Sumqayıt Musiqi Kollecinin tələbələri - 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...