Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağstafada həmyerlisini güllələyən şəxsə hökm oxundu

Ağstafa rayonunda həmyerlisini öldürməyə cəhd edən şəxsin məhkəməsi başa çatıb.

Mynews.az report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə Ağstafa rayon sakini, 1983-cü il təvəllüdlü Tural İbrahim oğlu Qurbanova hökm oxunub. 

Cinayət Məcəlləsinin 29,120.1 (öldürməyə cəhd) maddəsi ilə ittiham olunan T.Qurbanov məhkəmənin qərarı ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin fevral ayında T.Qurbanov mübahisə zəminində Ağstafa rayon Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Fikrət oğlu Niyazovu ov tüfəngilə güllələyərək onu ağır yaralayıb. Daha sonra onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Bir müddətdən sonra isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...