Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlının kürkləri müsadirə edildi

Rusiya gömrük xidmətinin əməkdaşları Rusiyadan Ukraynaya gedən mikroavtobusa baxış zamanı çox sayda qaçaqmal aşkar ediblər. 

Mynews.az xəbər verir ki, Azərbaycan vətəndaşı Ukrayna ərazisinə müxtəlif ölçülü 42 kürk və palto keçirməyə çalışıb. 

Həmin şəxs bildirib ki, geyimləri satmaq üçün Ukraynaya aparmaq istəyib, malın qeydiyyatı ilə bağlı isə məlumatsız olub. 

Faktla bağlı araşdırma başlanılıb. Azərbaycanlını böyük miqdarda cərimə gözləyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...