Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qəza baş verib

Bakıda ara məsafənin gözlənilməməsi yenə qəzaya səbəb olub. Mynews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Şahidlərin sözlərinə görə, arxada hərəkətdə olan "Toyota" markalı avtomobil, öndəki 90-ZS-287 dövlət nömrə nişanlı "Mercedes C" markalı avtomobillə toqquşub.

Qəza yerinə yol patrul xidmətləri cəlb olunub.

Hadisə səbəbindən Heydər Əliyev prospektindən şəhər istiqamətində tıxac yaranıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...