Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Etimad Əsədov vəfat etdi

Bu gün səhər saatlarında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədovvəfat edib.

Mynews.az-ın məlumatına görə, bu barədə Qaziler.az saytına onun döyüşçü dostları xəbər verib. 

E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. 

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədridir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...