Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Adam öldürməyə cəhd edən mühafizəçiyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən “Riyad” Mühafizə Xidmətinin keçmiş əməkdaşı Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Mynews.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, M.Məmmədov beş il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərinin mərkəzində yerləşən “Leo disko” gecə klubunda baş verib. Klubda əylənən M.Məmmədovla həmin məkanda olan Hüseyn Hüseynov arasında mübahisə yaşanıb.

Mübahisə nəticəsində M.Məmmədov H.Hüseynova güc tətbiq edib. Tərəfləri ətrafdakılar sakitləşdirilib.

Daha sonra başqa bir məkanda M.Məmmədov yenidən H.Hüseynovla üz-üzə gəlib. O, H.Hüseynovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, M.Məmmədov “Riyad” Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub. 2017-ci il iyunun 8-də, səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə, mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.

Xuliqanlıqda təqsirləndirilən M.Məmmədov Binəqədi Rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...