Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda intihara cəhdin qarşısı alındı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonununda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Mynews.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüş, vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...