Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...