Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yarışa çıxan “BakuBus” avtobusları qəza törətdi - VİDEO

Ötən gecə Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

Mynews.az-ın xəbərinə görə, Zığ qəsəbəsi ərazisində Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin üç avtobusu toqquşub. 

Hadisə şahidləri bildiriblər ki, qəzaya səbəb eyni marşrut üzrə hərəkət edən avtobusun sürücülərinin yarışa çıxıb dayanacağa tez çatmağa çalışması olub.

Avtobuslar toqquşandan sonra onlardan biri hərəkətdə olan “Mercedes” markalı minik maşınına dəyib.

Avtobusların arxa, ön və yan hissələri əzilib, hər üçünə ciddi ziyan dəyib. 

Qəza nəticəsində xəsarət alan olmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...