Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gədəbəydə ata və anasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gədəbəy rayonunda ata və anasını öldürməkdə təqsirləndirilən Şöhrət Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mynews.az-ın xəbərinə görə, Gədəbəy Rayon Prokurorluğunda araşdırılan ibtidai istintaq yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin sentyabr ayının 21-də Gədəbəy rayonunun Qurudərə kəndində baş verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...