Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Öldürülüb kanala atılan İmişli sakininin meyiti tapıldı

Oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib.

Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən kanalda, cinayət törədilərkən istifadə edilmiş “TOZ-12” markalı tüfəng və 8 ədəd patron isə Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tapılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...