Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“VAZ” beton maneəyə çırpıldı, sürücü öldü

Şabran rayonunda "VAZ" markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-dən Mynews.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Mövlanlı Pərviz Elxan oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...