Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncədə intihara cəhd - Binanın damına çıxdı

Gəncədə intihar hadisəsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Nizami rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...