Dağıstanda yüksəklikdən yıxılan Azərbaycan vətəndaşlarının ölüm səbəbi açıqlanıb
Rusiyanın Dağıstan Respublikası üzrə İstintaq Komitəsi tikinti işləri zamanı yüksəklikdən yıxılan üç azərbaycanlı fəhlənin ölüm faktı üzrə yoxlama aparıb.
Mynews.az yerli mətbuata istinadən xəbər verir ki, Komitənin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşları hündürlükdə işləyən zaman texniki təhlükəsizlik qaydalarını pozaraq sığorta kəmərindən istifadə etməyiblər.
İstintaq müəyyən edib ki, onların üzərində olduqları iş platformasının trosu qırılıb və sürüşmə baş verib. Bu zaman yüksəklikdən yerə yıxılan fəhlələr aldıqları xəsarətlərdən oradaca keçiniblər.
Aparılan yoxlamaların nəticələrinə əsasən, prosessul qərar qəbul olunacaq.
Ölən fəhlələrin cəsədləri oktyabrın 23-də Dərbəndin Salman küçəsində tikilməkdə olan binanın yanında aşkar olunub.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 951 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 922 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 914 dəfə oxunub