Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərxoş olub dostunun maşınını qaçırmaq istədi - VİDEO

Paytaxtın Nizami rayonunda yaşayan qadın 25-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadığı evin yaxınlığında onun əlindən içərisində 85 manat və sənədlər olan çantasını alaraq qaçdığını bildirib.

Mynews.az xəbər verir ki, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Umayev saxlanılıb.

O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir uğurlu əməliyyat tədbiri nəticəsində, paytaxt sakini Yusif Həsənova məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Ramal Ağacanov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, R.Ağacanov avtomobilin sahibi ilə əvvəldən tanış olub. Onlar birlikdə spirtli içki qəbul etdikdən sonra R.Ağacanov zərərçəkənin avtomobilin qaçırmaq qərarına gəlib. Amma Yasamal rayonu ərazisində dövlət yol polisləri onu saxlayan zaman R.Ağacanov avtomobili orada qoyaraq qaçıb. 25-ci Şöbənin əməkdaşları tərəfindən o, Lənkəran şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...