Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Elə bildim başqasıyla dalaşıram” - Valideynlərinin başını kəsən şəxs

Bir müddət öncə ər və arvadı yaralayan şəxsin kim olduğu məlum olub.

Ata və anasını balta ilə ölümcül yaralayan şəxs hadisədən sonra müxtəlif ünvanlarda gizlənib məsuliyyətdən yayınmağa çalışsa da, polisin sayıqlığı nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.

Sentyabrın 13-ü axşam saat 19:00 radələrində Daşkəsən rayon Tapan kənd sakinləri, 77 yaşlı İlyas Bağırov və həyat yoldaşı 66 yaşlı Tamara Bağırova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Təcili və təxirəsalınmaz tibbi yardımdan sonra hər iki şəxs həyati təhlükədən xilas edilib. 

Hadisə ilə bağlı araşdırmalara başlayan Daşkəsən RPŞ əməkdaşları ərlə arvada xəsarət yetirən şəxsin elə onların doğma oğlu, 47 yaşlı Firdovsi Bağırovun olduğunu müəyyən ediblər. Bağırovun axtarışlarına başlayan polis nəhayət ki, valideynlərinə bəla olan oğulun yerini müəyyən edərək onu saxlamağa müvəffəq olub.

Valideynlərinə küt və kəsici alətlərlə ağır bədən xəsarətləri yetirən “oğul” əvvəllər 6 il məhkumluq həyatı yaşayıb. Yenidən cinayət törədən Firdovsi Bağırov hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu deyib:

“Araq içmişdim, içkili evə gəldim. Evdə də münaqişəmiz olub. Elə bilmişəm ki, ayrı adamla dalaşıram. Özümdə olmamışam. Əməlimə görə peşmanam, özümü bağışlaya bilmirəm. Xalqımdan da, atamdan və anamdan üzür istəyirəm”.

Valideynlərinə xəsarət yetirən Firdovsi Bağırov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq davam edir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...