Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncədə orta yaşlı kişi bıçaqlanıb

Gəncə şəhərində yerli sakin bıçaqlanıb.

Mynews.az bildirir ki, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Adıgözəlov Elçin Fəxrəddin oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Cərrahiyyə əməliyyatı olunan E.Adıgözəlovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...