DTX-nın həbs etdiyi gömrük əməkdaşının kassasiya şikayəti təmin edilməyib
Ali Məhkəmədə Azərbaycandan Türkiyəyə 130 min manat dəyərində qızıl-zinət əşyaları və 190 min dollar pulu qaçaqmalçılıq yolu ilə aparmaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin əməkdaşı Kamran Əhmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Mynews.az-ın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, K.Əhmədov və digərləri Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əhmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib. Daha sonra K.Əhmədov Ali Məhkəməyə müraciət edib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 571 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 560 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 556 dəfə oxunub