Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sənişin qaydanı pozur, sürücü avtobusu hərəkətə gətirmir - Nə etməli?

Ötən gün xəbər verdiyimiz kimi “BakuBus”a məxsus “7A” nömrəli marşrutda sürücü ilə sərnişin arasında dava düşüb.  Səbəb sərnişinlərdən birinin avtobusa arxa qapıdan minməsi olub. Sürücü israrla, sərnişin avtobusdan düşüb qabaq qapıdan minməsə, nəqliyyat vasitəsini sürməyəcəyini deyib. Sərnişin isə eyni xətt üzrə hərəkət edən 2 avtobusun qabaq qapını açmadığını əsas gətirərək avtobusdan enməyəcəyini bildirib. Nəticədə sürücü içində 50-ə yaxın sərnişin olan avtobusu 20 dəqiqəyə yaxın müddətdə dayanacaqda saxlayıb. Sürücü bu qaydanın “BakuBus” MMC-nin rəhbərliyi tərəfindən qoyulduğunu deyərək, digər sərnişinlərin vəziyyətə müdaxiləsini gözləyib.

Bəs, belə problemlər necə aradan qaldırılmalıdır? Digər sərnişinlərin hadisəyə müdaxiləsi düzgündürmü?

A24.Az bu suallarla Bakı Nəqliyyat Agentliyinin mətbuat ximətinin rəhbəri Mais Ağayevə müraciət edib. Qurumun sözçüsü bildirib ki, bu məsələ həm hüquqi, həm də ictimai qınaqla tənzimlənməlidir: “Qaydalar hamı üçündür. Heç kimin fiziki göstəricisi ona müəyyən üstünlüklər vermir. Avtobusda qəbul olunan qaydalar var. Hər hansı bir sərnişin ona əməl etmirsə, ilk növbədə sürücü sərnişinə vəzifələrini xatırlatmalıdır. Yox əgər yenə dəyişən bir şey yoxdusa, o zaman polisə məlumat verilməlidir. Sərnişinlər də bəli, buna etiraz etməlidir. Çünki bir nəfərin qaydalara əməl etməməsi onlarla insanın narahatlığına səbəb olur”.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə belə məqamlarda digər sərnişinlərin hadisəyə müdaxiləsini düzgün saymır. Onu fikrincə problem sırf hüquqi müstəvidə həll olunmalı, hadisə yerinə polis əməkdaşları dəvət edilməlidir:  “BakuBus”da baş verən hadisələrə “online” nəzarət mövcuddur. Lakin quruma məxsus avtobusların sayı çox olduğundan problemləri bu nəzarət cihazları üzrə incələmək adətən mümkün olmur. Çünki bu işi görmək üçün xeyli sayda dispetçerə ehtiyac olur. Ona görə də belə məqamlarda sürücünün sərnişinlə mübahisə etməsi, ələlxüsus da digər sərnişinlərin bu konfliktə qoşulması yolverilməzdir. Problem ciddi hal aldığı zaman hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları dəvət olunmalıdır. Çünki Azərbaycanda asayişi təmin edən hüquq-mühafizə orqanlarıdır.  Problemə polis qərar verməli, sərnişin təqsirkardırsa, onu avtobusdan polis endirməlidir. Sərnişin təqsirkar deyilsə, polis sürücü barədə qərar verməlidir”.

Ümid edirik ki, “BakuBus” rəhbərliyi bu tip problemlərin yaranmaması üçün daha ciddi tədbirlərə əl atacaq, konflikt zamanı daha çox ictimai qınağın müdaxiləsinə deyil, hüquq-mühafizə orqanlarının tədbirlərinə üstünlük verəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...