Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mingəçevirdə yanğın olub, xəsarət alanlar va

Mingəçevirdə xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində yerləşən Sürücülük məktəbinin binasında baş verib.

Hadisəyə binanın məcburi köçkünlərin məskunlaşdığı hissəsində elektrik sayğaclarında yaranmış qısaqapanma səbəb olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. 

İlkin məlumata görə, hadisə zamanı 3 nəfər tüstüdən boğulub. Hazırda ərazidə zərərçəkənlərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...