Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda “KamAZ” yol polisi maşınına çırpıldı - VİDEO

Ötən gecə Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib. 

Mynews.az-ın məlumatına görə, “Şaqman” markalı yük maşının sürücüsü yol hərəkət qaydalarını pozaraq ötmə əməliyyatı edib. Nəticədə “KamAZ”la yolun sağında divar arasında sıxılaraq qalıb. 

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzadan 30 dəqiqə sonra yük yeri taxılla dolu olan digər bir “Kamaz” DYP xidmətinin maşınına çırpılıb.

Hadisə nəticəsində yaralanan olmayıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalar aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...