Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda kassir qadın maskalı oğru ilə əlbəyaxa oldu

Paytaxtın Suraxanı rayonu ərazisindəki marketlərin birinə basqın olub.

Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla məlum olub ki, oktyabrın 25-də, saat 22:00 radələrində mağazaya girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib. Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib və oranı tərk edib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakiniElməddin Bayramov olduğu müəəyn edilib.

Faktla bağlı araşdırma aparılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...