Bakıda narkobaronun məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Zabil Mikayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Mynews.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı noyabrın 8-nə təyin edilib.
İttiham aktına əsasən, Ukraynada yaşamış Z.Mikayılov qardaşı oğlu Elvin Mikayılov, eləcə də Yusif Əliyev və digərləri ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin Ukrayna ərazisində əldə edilməsini və Azərbaycana daşınmasını təşkil edib.
Mütəşəkkil dəstə yaradan Z.Mikayılov yuxarıda adları çəkilən şəxsləri həmin dəstəyə cəlb edib. Onların arasında Z.Mikayılovun qardaşı oğulları ilə yanaşı, qaynı Elnur Həsənov, qohumları Binnət və Qara Cəfərov qardaşları da var.
Z.Mikayılov dəstə üzvlərinin fəaliyyətlərini istiqamətləndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar göstərişlər verib, onlara rəhbərlik edib. Ötən ilin fevral ayında dəstə üzvlərindən biri, Ə.Bayramov Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz daşınmasına şübhəli bilinərək saxlanılıb. Məhz bundan sonra cinayətkar dəstənin digər üzvləri ifşa edilib. Onlardan ümumilikdə 24 kiloqram 500 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Cinayətin təşkilatçısı, əsas fiquru olan Z.Mikayılov, onun qardaşı oğulları Elvin və Nicat Mikayılovlar barəsində isə axtarış elan edilib.
Z.Mikayılov bu il həbs olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Bayramov 10 il, Qara Cəfərov 9 il, Binnət Cəfərov 9 il, Loğman Muradov 9 il, Elnur Həsənov 9 il, Ranət Əsgərov 9 il, Vasif Məmmədov9 il, Yusif Əliyev 8 il 6 ay, Bayram Əzimov və Oktay Mehdiyev hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, Ə.Bayramov 2017-ci ildə Penitenasiar Xidmətin Müalicə Müəssisəsində xəstəlikdən vəfat edib.
Hadisə
- Restorana ziyan dəydi, yol bağlandı - Bakıda sürüşmə
- Bakıda güclü külək səbəbindən 600 abonentin qaz təchizatında fasilə yarandı
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO
- İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanıldı
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb ..."
- Gürcüstan Azərbaycanla sərhəddi açdı – - YENİ QAYDALAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO 905 dəfə oxunub
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama 598 dəfə oxunub
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı 593 dəfə oxunub
- Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama 591 dəfə oxunub
- "OBA" marketlər şəbəkəsindən mətbuata açıqlama 591 dəfə oxunub