Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağstafada avtomat tapılıb

Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində 1 ədəd avtomat darağı ilə birlikdə tapılıb.

ANAMA-dan  Mynews.az-a verilən məlumata görə, ötən gün saat 12:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəmiryol stansiyasının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş avtomat silahı darağı ilə birlikdə Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən götürülüb, Agentliyin mütəxəssisləri tərəfindən avtomat silahın tapıldığı yerin ətrafında 500 kv.m ərazi yerüstü, 100 kv.m ərazi isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...