Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda şok olay - 2 körpə qız satışa çıxarıldı – VİDEO

Space Tv-də yayımlan “Gəl Dərdini Danış” sosial-kriminal layihədə dəhşətli anlar qeydə alınıb.

Mynews.az xəbər verir ki, Ağsu rayon sakini Simuzər xanım iki əkiz qız uşağı dünyaya gətirdiyi üçün qaynanasının onu evdən qovduğunu bildirib.

Əsl səbəb isə hər kəsi şoka salıb. O bildirib ki, keçmiş əri və qayınanası qızları satıb ev almaq niyyətində imiş. Gəlinin anası da deyilənləri təsdiq edib. “Qızıma qaynanası Dünyabəyim deyib ki, gəl uşaqları sataq sizə ev alaq..”

Qarşı tərəf də eyni iddianı gəlin və ailəsinə yönləndirib. Qaynana gəlinin uşaqları atıb getdiyini bildirib… Qeyd edək ki, Simuzər xanımın həyat yoldaşı daha əvəl də evli olub. Birinci evliliydən olan uşağın birinə qaynana baxsa da, digər uşağa görə ailə oğlunun birinci arvadına aliment ödəyir. Üstəlik nikah dövründə alınan ev bölünməyib, şərtsiz olaraq birinci xanıma verilib.Hadisə ilə bağlı videonu təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...