Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Siqaret qutusundan narkotik çıxdı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük Postunda İran İslam Respublikasından qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Mynews.az-a verilən xəbərə görə, vətəndaş metal axtaran qurğudan keçərkən üzərində olan əşyaları - mobil telefon və tamlığı pozulmamış 2 ədəd "Kent" markalı siqaret qutusunu avadanlığın yanındakı masaya qoyub. Siqaret qutularından birinin digərinə nisbətən ağır olması gömrükçülərdə şübhə doğurub və qutulara baxış keçirilib.

Baxış zamanı bir ədəd "Kent" markalı siqaret qutusunun içində sellofana bükülü vəziyyətdə, qablaşdırılması ilə birgə təqribi çəkisi 1 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə -tiryək, 93 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan dairəvi formalı və 5 ədəd ağ rəngli, üzərində "Z40" nişanəsi olan metadon həbləri aşkarlanıb.

Xatırladaq ki, metadon adlı dərman preparatı "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və sintetik narkotik vasitə sayılır.
Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...