Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq ölüb - YENİLƏNİB

Mingəçevir şəhərində yelləncəkdə boğazına kəndir dolanmaqla boğularaq ölən uşağın adı məlum olub. 

Mynews.az Report-a istinadən məlumatına görə, bu, 2009-cu il təvəllüdlü Hüseyn Fariz oğlu Səmədovdur.

17:50

Mingəçevir şəhərində 3-cü sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.

Mynews.az Report-a istinadən xəbər verir ki, şəhərin Sahil küçəsində, həyətdə yelləncəkdə yellənən uşağın ehtiyatsızlıqdan boğazına kəndir dolanıb.

Köməksiz vəziyyətdə qalan səkkiz yaşlı uşaq orada boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...