Bakı metrosunda təhlükəli anlar - Maşinist ölümdən son anda qurtuldu
Noyabrın 19-u səhər saat 7 radələrində “Bakı Metropoliteni”nin Bənövşəyi xəttinin “Memar Əcəmi-2” stansiyasında həyəcanlı anlar yaşanıb.
Mynews.az Modern.az-a istinadən xəbər verir ki, həmin saatda növbədə olan maşinist Rəmzi Rüstəmov qatarı “Avtovağzal” istiqamətində hərəkət etdirmək üçün platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, sərnişin axınına məruz qalıb.
Bu vaxt maşinist iki vaqonun arasına düşüb. Xoşbəxtlikdən sərnişin və metropoliten əməkdaşlarının dərhal verdiyi reaksiya ilə R.Rüstəmov 825 voltluq təmas relsinin üstünə düşməkdən son anda qurtulub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə maşinistin qolu qırılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiqləyib:
“Bəli, belə bir hadisə olub. Rəmzi Rüstəmov vaqondan vaqona keçərkən səhlənkarlığa yol verib. Yıxılıb, xoşbəxtlikdən daha ciddi xəsarət almayıb, qolu qırılıb. Bu barədə Əmək Müfəttişliyinə xəbər verilib. Hazırda maşinist bülletendədir. Təbii olaraq, o vəziyyətdə işə çıxa bilməz. Əmək Müfəttişliyi hadisəni araşdırdıqdan sonra yekun qərar veriləcək”.
B.Məmmədov qeyd edib ki, maşinistin kabinanı dəyişmə səbəbi qatarıın “Memar Əcəmi-2 ” stansiyasından “Avtovağzal” stansiyasına gedib və qayıtmasıdır:
“Maşinist qatarı “Avtovağzal” stansiyasına sürmək üçün kabinanı tərk edib, digər kabinaya gedərkən belə bir hadisə yaşanıb”.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 583 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 570 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 566 dəfə oxunub