Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda maşın piyadaları vurdu - ölən var

Səhər saatlarında paytaxtın Neftçilər prospektində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az xəbər verir ki, Oxu.Az-ın hadisə yerində olan müxbirlərinin verdiyi məlumata görə, Abdullayev Natiq Əliağa oğluna məxsus “Hyundai” markalı, 99 NU 793 nömrəli avtomobil yolu keçmək istəyən üç piyadanı vurub.

Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib.

Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...