Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda arıqlamaq üçün dərman içən 18 yaşlı qız öldü

Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib. 

Dekabrın 5-də isə xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib. 

Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...