Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xırdalanda avtobus aşdı - 9 yaralı - YENİLƏNİB + VİDEO

Bakının Xocahəsən qəsəbəsində 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeddi nəfərdən altısı evə buraxılıb.

Mynews.az oxu.az-a a istinadən xəbər verir ki, bir nəfərin vəziyyəti ağırdır:

“Altı nəfərin vəziyyəti yaxşı olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə evə buraxılıblar. Amma yaralılardan biri, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının vəziyyəti ağır olaraq qalır. O, ağır kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır”.

Respublika Klinik Xəstəxanasına yerləşdirilən iki nəfər yaralı isə artıq evə buraxılıb. Ambulator müalicələri davam etdirilir.

07.12.2018 22:40

Xocasən yolunda 119 saylı sərnişin avtobusunun hansı səbəbdən aşdığı məlum olub.

Oxu.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev qəzanın 10-TG-174 dövlət qeydiyyat nişanlı avtobusunun qarşısına qəfil minik avtomobilinin çıxması səbəbindən baş verdiyini bildirib.

Sosial şəbəkələrdə qəzanın baş verdiyi yerdə çəkilmiş video yayılıb.

21.47

Xırdalanda sərnişin avtobusu aşıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə Xocasən yolunda baş verib.

119 nömrəli marşrut avtobusunun aşması nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardımın 12 briqadası gəlib.

Xəsarət alanlardan iki nəfər Respublika Kliniki Xəstəxanaya, digərləri isə Tibbi Kliniki Mərkəzə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...