“Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı - Bakıda ŞOK
Bakıda ötən gecə dəhşətli cinayət hadisəsi baş verib.
Mynews.az baku.ws-ə istinadən məlumatına görə, dünən gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.
Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.
Taxveli Ramiz Pərviz oğlu Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib.
Fakta görə 10 dekabr, 2018-ci il tarixində Nəsimi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb. Taxveli Ramiz Pərviz oğlu saxlanılıb.
Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”ın art direktorudur.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 973 dəfə oxunub
- Emin Ağalarov söz verdi 973 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 971 dəfə oxunub